14/05/2021
12:20
3070
| A A A
Ən bahalı futbolçular bilindi

KPMG auditor şirkəti dünyanın ən bahalı futbolçularının siyahısını təqdim edib.

Goal.az xəbər verir ki, məbləğ bir neçə amilə görə hesablanıb. Bura oyunçunun səviyyəsi, onun statusu, müqaviləsinin müddəti və hazırkı forması daxildir.

İlk pillədə PSG-nin hücumçusu Kilian Mbappe qərarlaşıb. Onun qiyməti 189 milyon avrodur.

Borussia Dortmund-un forvardı Erlinq Holand (131 milyon avro) ikinci, Tottenham-in kapitanı Harri Keyn (127 milyon avro) isə üçüncüdür.