29/09/2022
20:22
2408
| A A A
Real Madrid-in futbolçusu karyerasını başa vura bilər

Almaniya millisinin və Real Madrid-in futbolçusu Toni Kros mövsümün sonunda karyerasını başa vura bilər.

Goal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi karyerasının pik nöqtəsində futbolla vidalaşmağı düşünür.

Kros meydanın mərkəzində gənclərin oynamasının tərəfdarıdır.

Qeyd edək ki, Toni Kros 2014-cü ildən Real Madrid-də çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. (report)