07/04/2020
20:57
2947
| A A A
La Liqanın bərpası üçün mümkün tarixlər açıqlandı

İspaniya La Liqası may ayının sonunda davam edə bilər.

Goal.az xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas açıqlama verib.

O, turnirin bərpası üçün ən çox müzakirə etdikləri tarixləri açıqlayıb. Tebas 28 may, 6 iyun və 28 iyunu nəzərdən keçirdiklərini söyləyib.

Liqanın rəhbəri koronavirus pandemiyasına görə klublara dəyəcək ziyanı da açıqlayıb: “İspaniya klublarının gəlirləri 1 milyard avro azalacaq. Əgər oynamağa başlasaq, matçlar boş tribunlar önündə olarsa, 300 milyon avro itirəcəyik. Turnir başlasa və azarkeşlərlə olsa belə, ziyanımız 150 milyon avro olacaq”.

Qeyd edək ki, İspaniya La Liqası martın 12-dən etibarən dayandırılıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
6066 səs