21/10/2019
18:00
2042
| A A A
AFFA iki nəfəri futboldan uzaqlaşdırdı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində I divizionda keçirilən oyunlar mütəmadi qaydada izlənir.

Goal.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, I divizionda çıxış edən “Ağsu”nun bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzaliyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur.

Qeyd: AFFA məsələ ilə əlaqədar müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
582 səs