06/04/2020
17:37
2202
| A A A
"Milli komandadan təklif almışam" - Di Françesko

Roma-nın sabiq baş məşqçisi Eusebio Di Françesko gələcək karyerası barədə danışıb.

Goal.az xəbər verir ki, “Football İtalia” nəşrinə açıqlama verən təcrübəli mütəxəssis bir neçə yerdən təklif aldığını təsdiqləyib:

“İngilis dilini öyrənirəm. Özümü hər cür təcrübəyə hazır hiss etməliyəm. Sampdoria-dan ayrıldıqdan sonra biraz istirahət etmək istədim. Ancaq hazırda bir neçə yerdən təkliflərim var. Avropa klublarından və başqa bir milli komandadan təklif almışam”.

Qeyd edək ki, AFFA-nın Azərbaycan milli komandasını çalışdırmaq üçün Di Françeskoya təklif göndərdiyi iddia edilir. (Matc.az)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5957 səs