20/08/2019
16:20
3131
| A A A
Poqba təhqir olundu

Manchester United-in fransalı yarımmüdafiəçisi Pol Poqba İngiltərə Premyer Liqasının ikinci turunda dünən Wolverhampton-la keçirilən matçdan sonra azarkeşlərin irqçi şüarlarına məruz qalıb.

Goal.az "Sky Sports"a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın bəzi fanatları 1:1 hesabı yekunlaşan görüşdə fransalı oyunçunun təyin olunan penaltini dəqiq yerinə yetirə bilmədiyi üçün ona qarşı sosial şəbəkədə irqçi ifadələr işlədiblər.

Klub rəhbərliyi və Poqbanın komanda yoldaşları bu cür halların futbola yaraşmadığını, belə təhqirlərə qarşı tədbirlər görülməsinin vacibliyini bildiriblər.

Manchester United bununla bağlı sosial hesabında yazıb: “Komandadakı hər kəs Poqbaya qarşı edilən irqçi ifadələri mənfi qarşılayır. Bu, ürəkbulandırıcı mənzərədir”.

Qeyd edək ki, Premyer Liqanın ikinci turunda Manchester United səfərdə Wolverhampton-la heç-heçə edib. Komanda 4 xalla 4-cü pillədədir.

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1207 səs