02/10/2019
16:33
2069
| A A A
Ramos Pikeyə çatdı

Real Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Brugge ilə qarşılaşıb.

Goal.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan oyunda "kral klubu”nun ilk qolunu Serxio Ramos vurub. Ramos bu qolla Barcelona-nın müdafiəçisi Jerar Pikeyə çatıb.

Pike ÇL-də 10 mövsüm qol vuran yeganə müdafiəçi idi. Ancaq artıq Ramos da ona qoşulub. Üstəlik, Ramos Dani Alvesə də çatıb.

Braziliyalı futbolçu ÇL-də 12 qol vurub. Bu göstəricidə ən yüksək nəticə Roberto Karlosa məxsusdur – 16 qol. İvan Elqera 15, Pike isə 14 qol vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37237 səs