03/10/2019
20:38
2672
| A A A
Kurtua Real-ın ümumi məşqində iştirak etmədi

Real-ın qapıçısı Tibo Kurtua komandasının bugünkü ümumi məşqini buraxıb.

Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, belçikalı qolkiper fərdi qaydada məşq edib. Komandanın baş məşqçisi Zinəddin Zidan əsas komandaya Castilla-nın qapıçısı Dieqo Altubeni cəlb edib.

Xatırladaq ki, Real La Liqanın 8-ci turunda oktyabrın 5-i Osasuna ilə qarşılaşacaq.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5943 səs