04/10/2019
17:36
2945
| A A A
Marselo Real Madrid-ə kömək edə bilməyəcək

Real Madrid-in futbolçusu Marselo yenidən zədələnib.

Goal.az xəbər verir ki, braziliyalı müdafiəçi sentyabrın ayında aldığı boyun nahiyəsindəki zədə təkrarlanıb. Həmin vaxt o, zədə səbəbindən La Liqada Sevilla, Osasuna, Atletico Madrid və Çempionlar Liqasında PSG ilə matçları buraxıb.

Marselonun bu dəfə ölkə çempionatının 8-ci turunda Granada ilə görüşdə dəqiq oynamayacağı bildirilib.

Qeyd edək ki, Real - Granada matçı sabah keçiriləcək.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5942 səs