06/10/2019
13:28
1420
| A A A
Real Madrid-in heyətində növbəti ciddi itki

İspaniya La Liqasının 8-ci turu çərçivəsində Granada-ya 4:2 hesabı ilə qalib gələn Real Madrid-in heyətində növbəti itki baş verib.

Goal.az xəbər verir ki, “kral klubu”nun yarımmüdafiəçisi Toni Kross sıradan çıxıb. Oyunun 34-cü dəqiqəsində zədələnən futbolçu, qarşılaşmanı davam etdirə bilməyib və Luka Modriçlə əvəzlənib. Alman futbolçunun qarın nahiyəsindən zədələndiyi və nə qədər müddətə sıradan çıxdığının yaxın günlərdə dəqiqləşəcəyi bildirilir.

Qeyd edək ki, hazırda Real-ın heyətində Ferlan Mendi, Marselo, Tibo Kurtua, Marko Asensio və Naço da zədəlidir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37237 səs