27/10/2019
17:33
1109
| A A A
Messi və Suares milliyə getməyə bilərlər

Barcelona-nın baş məşqçisi Ernesto Valverde komandanın əsas oyunçuları Lionel Messi Luis Suaresin milliyə qoşulmasını istəmir.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəssis bu arzusunu oyunçuların özlərinə də çatdırıb.

O, Kataloniya klubunun dekabra qədərki gərgin qrafiki səbəbindən onların yığmaların heyətinə yollanmamasını və istirahət etməsini istəyir. Valverde adıçəkilən futbolçuların həmin dönəmdə tam sağlam və fiziki cəhətdən hazır olmasına çalışır.

Qeyd edək ki, Argentina yığması noyabrda Braziliya (15 noyabr) və Paraqvayla (18 noyabr), Uruqvay millisi isə Macarıstanla (15 noyabr) yoldaşlıq görüşü keçirəcək. Messiyə verilən cəza müddəti noyabrın 3-də başa çatacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39280 səs