30/10/2019
10:45
1430
| A A A
Suaresin La Liqada qol vurmadığı klub qalmadı

İspaniya La Liqasının XI turunda Valladolid-i böyük hesabla məğlub edən Barcelona (5:1) liderliyini qoruyub.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu görüş Kataloniya klubunun hücumçusu Luis Suares üçün əlamətdar olub.

Belə ki, 77-ci dəqiqədə Lionel Messinin məhsuldar ötürməsini qolla tamamlayan uruqvaylı forvardın La Liqada məyus etmədiyi komanda qalmayıb. Valladolid onun qol vurmadığı yeganə komanda idi ki, Suares bunun da öhdəsindən gəlməyi bacarıb.

Qeyd edək ki, Luis Suares La Liqada indiyə qədər 27 klubla üz-üzə gəlib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19328 səs