31/10/2019
12:35
8739
| A A A
Ramos qol vuraraq Messinin rekordunu təkrarladı

İspaniya La Liqasının XI turunda Leganes-lə qarşılaşan Real Madrid böyükhesablı qələbə qazanıb - 5:0.

Goal.az xəbər verir ki, bu görüş "kral klubu"nun kapitanı Serxio Ramos üçün əlamətdar olub.

Qarşılaşmanın 24-cü dəqiqəsində penaltidən fərqlənən 33 yaşlı mərkəz müdafiəçisi cari mövsüm La Liqada qol hesabını açıb. Ardıcıl 16-cı mövsümdə fərqlənməyi bacaran Ramos bununla Barcelona-nın kapitanı Lionel Messiyə məxsus rekordu təkrarlayıb.

Qeyd edək ki, hazırda aktivində 21 xal olan Real turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19328 səs