05/11/2019
16:32
1898
| A A A
Qutinin yeni iş yeri müəyyənləşdi

Son olaraq Beşiktaş-da baş məşqçi köməkçisi işləyən Qutinin yeni iş yeri bilinib.

Goal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis Almeria klubunu çalışdıracaq. Bu barədə İspaniya Sequndası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Quti ilə razılaşdırılmış müqavilənin detalları açıqlanmayıb.

Almeria hazırda Sequndada 14 turdan sonra 24 xalla 2-cı sırada qərarlaşıb.

Karyerası ərzində yalnız Real Madrid-lə Beşiktaş-da forma geyinən İspaniya yığmasının sabiq yarımmüdafiəçisi, məşqçi kimi də məhz bu iki kluba xidmət edib. O, 2013-2018-ci illər aralığında Real-da gənclərdən ibarət komandalarda məşqçi kimi fəaliyyət göstərdikdən sonra, ötən ildən Beşiktaş-da Şenol Günəşin köməkçisi kimi işləyirdi.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39540 səs