07/11/2019
17:15
790
| A A A
Rusiya yığmasında ciddi itki

Valencia və Rusiya milli komandasının üzvü Denis Çerışev sıradan çıxıb.

Goal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Valencia-nın Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun Lille-lə oyununda (4:1) zədələnib. Çerışevin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Daha öncə Rusiya yığmasına dəvət olunan Çerışev zədə səbəbindən AÇ-2020-nin seçmə mərhələsində Belçika və San Marino ilə oyunlarda iştirak etməyəcək.

Rusiya yığması noyabrın 16-da Belçika, 19-da isə San Marino ilə qarşılaşacaq.(komanda.az)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5652 səs