05/12/2019
14:50
3343
| A A A
Simeone Atletico Madrid-dən ayrıla bilər

Dieqo Simeone yaxın vaxtlarda Atletico Madrid-in baş məşqçi postunu tərk edə bilər.

Goal.az xəbər verir ki, səbəb klubun qeyri-qənaətbəxş nəticələridir. 49 yaşlı mütəxəssisin xidmətlərində PSG-nin maraqlı olduğu bildirilir.

Atletico La Liqada 15 turdan sonra 25 xalla 6-cı yerdə gedir. Çempionlar Liqasında isə Madrid təmsilçisi "pley-off"a vəsiqə məsələsini hələ həll edə bilməyib.

Qeyd edək ki, Dieqo Simeone Atletico-ya 2011-ci ilin qışından rəhbərlik edir. Argentinalı baş məşqçinin rəhbərliyi altında "matrasçılar" 7 kubok qazanıblar və 2 dəfə Çempionlar Liqasının finalınadək irəliləyiblər. (Report)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
11901 səs