08/12/2019
13:15
3959
| A A A
Messi Ronaldonu keçdi

Dünən La Liqanın 15-ci turunda Barcelona-nın Mallorca-ya qalib gəldiyi matçda (5:2) Lionel Messi üç qol vurub.

Goal.az xəbər verir ki, bu, 32 yaşlı argentinalı hücumçunun İspaniya liqasında ümumən 35-ci het-triki olub. Bununla da Messi Kriştiano Ronaldonun rekordunu qıra bilib.

Ötən yay Real-ı tərk edərək İtaliya A seriya təmsilçisi Juventus-a keçən portuqaliyalı futbolçu La Liqada 34 dəfə het-trik edib.