26/01/2020
14:05
5890
| A A A
Messi şəxsi antirekordunu təkrarladı

Barcelona-nın hücumçusu Lionel Messi İspaniya La Liqasının 21-ci turunun Valencia ilə matçında qolsuz zərbələrinin sayına görə antirekordunu təkrarlayıb.

Goal.az xəbər verir ki, argentinalı matç ərzində rəqibin qapısına 11 dəfə zərbə endirib. Lakin o zərbələrin heç birində fərqlənə bilməyib. Bu, 2017-ci il antirekordunun təkrarıdır. “Kamp Nou”da Deportivo ilə oyunda Messi rəqib qapısına 11 dəfə zərbə endirib, lakin rəqibin qapısına yol tapa bilməyib.

Cari mövsümdə Messi 16 matçda iştirak edib. O, bu oyunlarda 14 qol vurub və 6 məhsuldar ötürmə verib.

Qeyd edək ki, hazırda Barcelona 43 xalla İspaniya çempionatının yarış cədvəlinə başçılıq edir, Valencia isə turnir cədvəlində 34 xalla beşinci yerdə qərarlaşıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
18391 səs