08/03/2020
12:41
3839
| A A A
Messi 3-cü oldu

İspaniya La Liqasının 27-ci tur matçında Barcelona Real Sociedad-ı qəbul edib.

Goal.az xəbər verir ki, "Kamp Nou"da baş tutmuş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə topu 81-ci dəqiqədə Lionel Messi penaltidən vurub. Bu, argentinalı hücumçunun La Liqa karyerasında 55-ci qolu olub. Argentinalı hücumçu bu göstərici ilə turnir tarixində üçüncü yeri tutur.

Penaltidən vurulan qolların sayında ikinci yeri 1981 - 1992-ci illərdə Atletico və Real Madrid-də, 1993/1994 mövsümündə isə Real Sociedad-da oynamış Uqo Sançes tutur. O, 56 penaltini qola çevirib.

La Liqada bu göstərici üzrə lider Kriştiano Ronaldodur. O, 61 penaltini dəqiq yerinə yetirib.