09/03/2020
15:28
3807
| A A A
Real Madrid-də ciddi itki

Real Madrid-in əsas qapıçısı Tibo Kurtua zədələnib.

Goal.az xəbər verir ki, belçikalı qolkiper La Liqanın 27-ci turunda Betis-lə səfər matçında sıradan çıxıb.

Qarşılaşmadan sonra tibbi müayinədən keçən Kurtuanın qasıq nahiyəsində zədə aşkarlanıb. İspaniya mətbuatı yazıb ki, o, komandanın bir neçə oyununu buraxa bilər.

Qeyd edək ki, Betis - Real Madrid oyunu ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.