15/03/2020
16:41
3041
| A A A
Məşhur müdafiəçi koronavirusa yoluxdu

Argentina millisinin və “Valencia”nın futbolçusu Ezekiel Qaray koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, bu barədə 33 yaşlı futbolçu şəxsi “instagram” hesabından məlumat yayıb. O, paylaşımında koronavirus testinin müsbət çıxdığını və hazırda karantində olduğunu bildirib.

Qarayla yanaşı, “Valencia” klubu da karantinə alınıb.