30/03/2020
17:36
1167
| A A A
Barcelona-da maaşlar azaldıldı

Barcelona-nın futbolçuları maaşlarının 70 faizindən imtina edəcək.

Goal.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin kapitanı Lionel Messi şəxsi İnstagram hesabı vasitəsilə bildirib.

33 yaşlı hücumçu klub işçilərinin maaşlarını ala bilməsi üçün komanda yoldaşları ilə birlikdə onların hesablarına müəyyən məbləğin köçürüləcəyini söyləyib. O, çətin dövrdə komandaya kömək məqsədilə bu addımı atdıqlarını vurğulayıb.

Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirusa görə dayandırılıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5447 səs