13/05/2020
19:23
870
| A A A
Unay Emeri İspaniyaya qayıdır

Valencia baş məşqçi postunda dəyişiklik edə bilər.

Goal.az xəbər verir ki, İspaniya klubu hazırkı çalışdırıcı Albert Seladeslə yollarını ayırmağa hazırlaşır.

La Liqada hazırda 7-ci pillədə yer alan “yarasalar”ın Çempionlar Liqasına düşməmək təhlükəsi var. Bu üzdən Seladeslə vidalaşmaq istəyən rəhbərlik bu posta PSG və Arsenal-ın sabiq baş məşqçisi Unay Emerini gətirmək niyyətindədir.

İspaniyalı mütəxəssis 2008-2012-ci illərdə bu komandaya rəhbərlik edib. Onun dönəmində “yarasalar” üç dəfə La Liqada 3-cü yeri tutub və Çempionlar Liqasında 1/8 finala qədər irəliləyib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5353 səs