14/05/2020
21:33
1010
| A A A
El-Klasikoda terror aktı planlaşdıran şəxs həbs olundu

Ötən ilin dekabrında keçirilən "Barcelona" - "Real Madrid" oyunu zamanı insanlara silahlı hücum planlaşdıran şəxs həbs olunub.

Goal.az "La Sexta"ya istinadən xəbər verir ki, Mərakeş əsilli terrorçu mayın 8-də saxlanılıb.

O, öz ifadəsində bildirib ki, terror aktını dron vasitəsilə törətmək istəyib. Buna baxmayaraq, pilotsuz təyyarəni tapmaq mümkün olmayıb.

Müstəntiqlərin sözlərinə görə, həmin şəxs son 4 ildə terror təşkilatlarından biri ilə sıx əlaqədə olub. Son vaxtlar isə diqqət cəlb etməmək üçün daha az fəaliyyət göstərib.

Qeyd edək ki, dekabrın 18-də "Nou Kamp"da baş tutan El-Klasiko qolsuz başa çatıb.(report)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5355 səs