03/08/2020
18:53
3724
| A A A
Barcelona oyunçusuna 400 milyon avro qiymət qoyacaq

Barcelona rəhbərliyi müqaviləsi ilə əlaqədar olaraq Ansu Fati ilə danışıqlar aparmaq niyyətindədir.

Goal.az xəbər verir ki, Barcelona Fatinin 2022-ci ilə kimi nəzərdə tutulmuş müqaviləsini uzatmağı və onun təzminat məbləğini 400 milyon avroya qaldırmağı planlaşdırır.

Katalon klubu 17 yaşlı futbolçunu ilk növbədə PSG-nin marağından qorumaq istəyir. "Blauqrana" Neymar ssenarisinin təkrarlanacağından ehtiyatlanır.

Fati 2019-20 mövsümündə 32 matçda meydana çıxıb və 8 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.(Fanat)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24280 səs