12/08/2020
13:58
2132
| A A A
Barcelona-nın futbolçusu koronavirusa yoluxdu

Barcelona-nın 9 nəfərdən ibarət olan hazırlıq düşərgəsində 1 oyunçuda koronavirus aşkarlanıb.

Goal.az klubun saytına istinadən xəbər verir ki, adı açıqlanmayan futbolçunun koronavirus testi müsbət çıxıb. Həmin futbolçunun karantinə alındığı bildirilib.

Koronavirusa yoluxan oyunçunun Çempionlar Liqasının 1/4 finalında Bayern Münich-lə görüş üçün iştirak ərizəsində yer alan futbolçularla təmasda olmadığı vurğulanıb. Onun təmasda olduğu şəxslər isə koronavirus testindən keçiblər.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19125 səs