29/09/2020
00:40
2577
| A A A
Real Madrid-də ciddi itki

Real Madrid-in La Liqanın 3-cü turunda Real Betis-lə matçda (3:2) zədələnən futbolçusu Toni Kroosun durumuna aydınlıq gəlib.

Goal.az xəbər verir ki, bu haqda “kral klubu”nun rəsmi saytı məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçinin sağ bud əzələsində dartılma aşkarlandığı bildirilib. Buna görə də Almaniya millisinin də üzvü olan oyunçu 10 - 14 gün yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, Kross Almaniya yığmasının oktyabrın 7-də Türkiyə ilə yoldaşlıq görüşündə və oktyabrın 10-da UEFA Millətlər Liqasının 3-cü turunda Ukrayna ilə matçda iştirak etməyəcək.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9796 səs