25/10/2020
11:55
1423
| A A A
Fati rekorda imza atdı

İspaniya La Liqasının 7-ci turu çərçivəsində keçirilən Real Madrid-lə oyun Barcelona-nın hücumçusu Ansu Fati üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, gənc futbolçu “el-klasiko”nun tarixinə düşüb.

1:3 hesablı məğlubiyyətə üzülən meydan sahiblərinin yeganə qoluna imza atan futbolçu bu komandaların duellərində fərqlənən ən gənc oyunçuya çevrilib. O, 17 yaş 359 günlüyündə qol vurub.

Bununla da Fati Raula məxsus rekordu yeniləyib. Real-ın əfsanəsi 1995/96 mövsümündə Barcelona-ya qol vuranda 18 yaş 95 günlüyündə olub. Həmin matç 1:1 hesabı ilə başa çatıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21642 səs