La Liqada bu oyunlar təxirə salındı
Futbol üzrə İspaniya Primerasında XVIII turun Elche - Xetafe oyunu və Sequndadakı bir neçə qarşılaşma təxirə salınıb.
Goal.az La Liqanın rəsmi saytına istinadən xəbər verir ki, buna qar fırtınası səbəb olub.
Qərara əsasən, Sequndanın Mirandes - Rayo Valyekano, Alkorkon - Albasete və Leqanes - Almeriya matçları qeyri-müəyyən tarixə ertələnib.
Sporting - Fuenlabrada və Elche - Xetafe görüşləri isə 10 yanvardan 11 yanvara keçirilib.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR