21/01/2021
13:26
3915
| A A A
Ulduz futbolçu Real Madrid-dən ayrılır

Real Madrid-in futbolçusu Martin Odeqard komandadan ayrılmağa qərar verib.

Goal.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərə görə, norveçli futbolçu kifayət qədər oyun şansı qazanmadığı üçün klubu tərk etmək qərarına gəlib. 22 yaşlı futbolçu bununla bağlı klub rəhbərliyinə də müraciət edib və komandadan ayrılığına icazə verilməsini tələb edib.

Ancaq Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidanın bu ayrılığa razı olmadığı bildirilir. Belə ki, o, komandada ola biləcək zədə və cəza hallarında futbolçunu əvəzləyici olaraq görür. Odeqard isə əsas heyət üzvü olmaq istəyir.

Real-ın norveçli futbolçunu icarəyə verməsi də istisna olunmur.

Qeyd edək ki, Odeqardın klubla müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. O, cari mövsümdə bütün turnirlərdə 9 oyunda iştirak edib.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19920 səs