Messi Ronaldonu keçdi
İspaniya La Liqasında XXIV turu Barcelona-nın növbəti xal itkisi ilə yadda qalıb.
Goal.az xəbər verir ki, Ronald Kumanın çalışdırdığı komanda Cadis-lə görüşdə heç-heçəylə kifayətlənib.
1:1 hesabı ilə bitən görüşdə hesabı Lionel Messi açıb. Argentinalı 32-ci dəqiqədə penaltidən yararlanıb.
Bu, Messinin La Liqada 73-cü penalti zərbəsi olub. Cənubi amerikalı bununla da çempionatın tarixində yeni rekord vurub. O, Real-ın sabiq hücumçusu Kriştiano Ronaldonu arxada qoyub.
İlk dəfə Cadis-in qapısına yol tapan Messi klub karyerasında 81-ci rəqibə qol vurub. Barcelona-da 506-cı oyununa çıxan argentinalı bu göstəricidə də rekordu yeniləyib.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR