21 yaşında klubun tarixinə düşdü
İspaniya La Liqasının XXIV turunda Alaves-lə qarşılaşan Real Sociedad 4:0 hesablı qələbə qazanıb.
Goal.az xəbər verir ki, San-Sebastyan klubunun hücumçusu Aleksander İsak bu matçda klubun tarixinə düşüb. Qarşılaşmada 3 qolun müəllifi olan isveçli 21 yaş 153 günlüyündə buna nail olmaqla, Real Sociedad-ın XXI əsrdə het-trik edən ən gənc oyunçusu ünvanına yiyələnib. İsak son 6 görüşdə 9 qola imza atıb.
Qeyd edək ki, İsak cari mövsüm La Liqada 12 qol vurub, 2 məhsuldar ötürmə verib. (fanat)
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR