Simeone Atletico-nun tarixinə keçdi
Atletico Madrid-in baş məşqçisi Dieqo Simeone klub rekordunu təkrarlayıb.
Goal.az xəbər verir ki, o, buna ötən gün La Liqanın 25-ci turunda Villarreal-la matçda (2:0) nail olub. 50 yaşlı mütəxəssis Madrid təmsilçisi ilə bütün yarışlar daxil olmaqla 308-ci qələbəsini qazanıb. Beləliklə, Simeone Luis Araqonesin rekordunu təkrarlayıb.
Qeyd edək ki, Atletico hazırda tunrir cədvəlində 58 xalla liderdir.
Çempionlar Liqasını kim qazanacaq?
PSG
MANCHESTER CITY
REAL MADRID
CHELSEA