01/03/2021
17:44
1384
| A A A
Barcelona-nın prezidenti saxlanıldı

Barcelona klubunun sabiq prezidenti Xosep Maria Bartomeu saxlanılıb.

Goal.az xəbər verir ki, bu barədə “Cadena SER” nəşri məlumat yayıb. Xəbərdə, 58 yaşlı keçmiş funksionerin bu gün səhər saatlarında saxlanıldığı bildirilib. Bartomeu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və korrupsiyada ittiham edilir.

Bartomeu ilə yanaşı, Barcelona klubunun baş direktoru Oskar Qrau, hüquqi xidmətlər üzrə direktor Roman Qomez Ponti və keçmiş direktor Xaume Masferrer də saxlanılıb.

Bartomeu ötən ilin oktyabrında prezident postundan istefa vermişdi.

Kataloniya polisi səhər saatlarından Barcelona-nın ofislərində araşdırma aparıb.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13782 səs