01/03/2021
18:25
2709
| A A A
Barcelona Qrizmannın satış qiymətini açıqladı

Barcelona yayda futbolçusu Antuan Qrizmann üçün transfer təkliflərini nəzərdən keçirməyə hazırdır.

Goal.az xəbər verir ki, bu barədə Ispaniya mətbuatı məlumat yayıb. Kataloniya klubu 29 yaşlı hücumçu üçün qarşı tərəfdən 60 milyon avro tələb edəcək.

Fransalı oyunçunun transferi üçün əsas namizəd komandalar PSG və Manchester United-dir. Onun La Liqa təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti isə 2024-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Qrizmann bu mövsüm 35 matça çıxaraq, 12 qol vurub və 10 qolun ötürməsini verib.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13778 səs