02/03/2021
19:41
1340
| A A A
Kroosdan rekord göstərici

Real Madrid-in futbolçusu Toni Kroos yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi buna La Liqanın 25-ci turunda Real Sociedad-la matçda iştirak etməklə nail olub. O, "kral klubu"nun heyətində 309-cu görüşünü keçirib. Beləliklə, o, Madrid təmsilçisində ən çox oyun keçirən alman futbolçu adını qazanıb.

Bundan əvvəlki rekord 308 oyun keçirən yarımmüdafiəçi Uli Ştilikeyə məxsus idi.

Qeyd edək ki, Kroos 2014-cü ildən Real-da çıxış edir. O, bu görüşlərdə rəqib qapılarından 21 top keçirib.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13778 səs