07/04/2021
22:54
566
| A A A
La Liqa matçındakı irqçiliyə görə araşdırma başladı

İspaniya Kral Futbol Federasiyası (RFEF) La Liqada XXIX turun Cadiz - Valencia matçında baş verənlərlə bağlı intizam işi açıb.

Goal.az xəbər verir ki, buna qarşılaşmanın ilk hissəsinin 25 dəqiqə dayanması səbəb olub.

"Yarasalar"ın futbolçusu Muktar Dyakabi Cadiz-də çıxış edən Xuan Kala tərəfindən irqçiliyə məruz qaldığını söyləyib. Dyakabinin ardınca komanda yoldaşları da hadisədən sonra meydanı tərk ediblər.

Kala jurnalistlərə açıqlamasında rəqibini təhqir etmədiyini və ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu söyləyib.

Qeyd edək ki, qarşılaşma Cadiz-in 2:1 hesablı qələbəsi ilə bitib.(report)

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13771 səs