17/04/2021
23:31
1815
| A A A
Real Madrid Benzema ilə bağlı qərarını verdi

Real Madrid futbolçusu Kərim Benzemanın müqaviləsini yeniləməyə hazırlaşır.

Goal.az xəbər verir ki, Madrid təmsilçisi 33 yaşlı hücumçu ilə razılıq əldə edib. Benzema ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər uzadılacaq.

2009-cu ildən Real-da çıxış edən fransalı futbolçunun hazırkı sözləşməsi 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Benzema bu mövsüm “kral klubu” ilə 26 oyunda 19 qol vurub, 6 məhsuldar ötürmə edib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11334 səs