18/04/2021
11:21
1239
| A A A
Messidən rekord göstərici

Barcelona-nın futbolçusu Lionel Messi yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, o, buna İspaniya kubokunun finalında dünən keçirilən Athletic Bilbao ilə matçda (4:0) nail olub. Sözügedən görüşdə dubla imza atan argentinalı hücumçu İspaniya kubokununda finallarında vurduğu qolların sayını 9-a çatdırıb. Bununla da o, Athletic-in əfsanəsi Telmo Sarrunu (8 qol) geridə qoyub.

Qeyd edək ki, Messi eyni zamanda bu mövsüm vurduğu qolların sayını 31-ə yüksəldib və ardıcıl 13 mövsüm 30 qol səddini keçib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11339 səs