20/04/2021
12:55
1213
| A A A
La Liqa Avropa Superliqasına qarşı sərt mövqe sərgilədi

İspaniya La Liqası Avropa Superliqasının yaradılması ilə bağlı sərt mövqe sərgiləyib.

Goal.az xəbər verir ki, qurumun saytındakı bəyanat belədir:

"La Liqa Avropada futbolun inkişafını, ədalətli rəqabəti və idman uğurları prinsiplərini pozan Avropa Superliqasının yaradılmasına qarşıdır. 12 Avropa klubunun təklif etdiyi bir konsepsiya Avropa futbolunun zirvəsinə gedən yolun qapısını bağlayaraq, elitanın yalnız kiçik bir hissəsinin ora qoşulmasına imkan yaradır və xəyalları pozur.

90 illik ləyaqət və nailiyyəti olan açıq turnir tariximizlə fəxr edirik. Dünyadakı milyonlarla azarkeş bu turniri izləyir.

Bu addım futbolun cəlbediciliyinə böyük zərbə vuracaq. La Liqanın, üzv klublarının bu günü və gələcəyi üçün dağıdıcı təsir göstərəcək. Həmçinin bu, La Liqanın cari mövsüm İspaniya höküməti və Futbol Federasiyası ilə razılaşaraq yatırdığı 126 milyon avroluq planlar üçün də təhdiddir”.

Qeyd edək ki, İspaniya klublarından Real Madrid, Barcelona və Atletico Avropa Superliqasına qatıldıqlarını rəsmən açıqlayıblar.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11330 səs