22/04/2021
11:27
2193
| A A A
Atletico-nun ulduzu sıraya döndü

Atletico Madrid-in futbolçusu Luis Suarez zədəsini sağaldıb.

Goal.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu özünün tvitter hesabında məlumat yayıb. O, komanda ilə məşqlərə başladığını açıqlayıb.

Uruqvaylı oyunçu aprelin 7-də Madrid təmsilçisinin məşqi zamanı zədələnmişdi.

Qeyd edək ki, Suarez bu mövsüm 32 matçda 19 qol vurub və 2 qolun ötürməsini verib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11385 səs