24/04/2021
16:34
2735
| A A A
Mourinyo La Liqaya qayıdır

Bir neçə gün əvvəl Tottenham-dən qovulan portuqaliyalı mütəxəssis Joze Mourinyo İspaniyada komanda çalışdıra bilər.

Goal.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, Mourinyonun Valencia-da baş məşqçi postuna gətirilə biləcəyi bildirilib.

Valencia klubunun sahibi Peter Limin 58 yaşlı mütəxəssisin meneceri Jorje Mendeşlə danışıqlara başladığı qeyd olunub. Mourinyo La Liqada işləməyə müsbət yanaşır.

Xatırladaq ki, Mourinyo daha əvvəl İspaniyada Real-da baş məşqçilik edib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs