27/04/2021
12:54
1938
| A A A
İspaniyanı Çempionlar Liqasında təmsil edəcək klublar bilindi

İspaniyanı 2021/2022 mövsümündə UEFA Çempionlar Liqasında (ÇL) təmsil edəcək komandalar bəlli olub.

Goal.az xəbər verir ki, Atletico Madrid, Real Madrid, Barcelona və Sevilla sona 5 tur qalmış qitənin 1 nömrəli klub turnirinə vəsiqəni təmin ediblər.

Dörd klubdan başqa, La Liqanın daha bir təmsilçisi Villarreal da növbəti mövsüm ÇL-də çıxış edə bilər. Bunun üçün Unay Emerinin baş məşqçi olduğu kollektiv hazırda çıxış etdiyi Avropa Liqasının qalibi olmalıdır. "Sarı sualtı qayıq" yarımfinalda İngiltərə Arsenal-ı ilə qarşılaşacaq.

Qeyd edək ki, hazırda La Liqada turnir cədvəlinə 73 xalla Atletico başçılıq edir. Hərəyə 71 xalı olan Barcelona və Real Madrid ikinci-üçüncü yerləri bölüşdürür. Kataloniya təmsilçisi rəqiblərindən 1 oyun az keçirib. Sevilla isə 70 xalla 4-cü sırada qərarlaşıb.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs