09/05/2021
16:51
1971
| A A A
Məşhur klub yenidən La Liqada

Növbəti mövsümdə İspaniya La Liqasında mübarizə aparacaq ilk klub bəlli olub.

Goal.az xəbər verir ki, Sequndanın lideri Espanyol sona 4 tur qalmış elitaya vəsiqəni təmin edib.

Kataloniya təmsilçisi hazırda 78 xalla liderdir və 3-cü sırada qərarlaşan Almeria-nı 12 xal qabaqlayır.

Sequndada 1-ci və 2-ci sıranı tutan komandalar La Liqaya birbaşa yüksəlir. Hazırda Mallorca turnir cədvəlində 2-ci olsa da, elitaya vəsiqəni təmin edə bilməyib. La Liqaya yüksələcək 3-cü komanda isə pley-off oyunlarından sonra məlum olacaq.