23/05/2021
12:25
2846
| A A A
La Liqanın bombardiri müəyyənləşdi

La Liqada 2020/2021 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.

Goal.az xəbər verir ki, bu, Barcelona-nın kapitanı Lionel Messidir. O, bu mövsüm 30 qol vurub. Bununla da argentinalı hücumçu ardıcıl 5-ci dəfə La Liqanın ən yaxşı bombardiri olub.

Kərim Benzema (Real Madrid) və Jerard Moreno (Villarreal) hərəyə 23 qolla 2-3-cü pillələri bölüşdürüblər.