23/05/2021
16:35
1583
| A A A
Valencia-da iki ayrılıq

Valencia klubu futbolçuları Kevin Qameyro və Elyakim Manqala ilə yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqaviləsi bitən hər iki futbolçunun klubu tərk etdiyi bildirilib. Qameyro 2018, Manqala isə 2019-cu ildən Valencia-da çıxış edirdi.

Qeyd edək ki, Valencia La Liqada mövsümü 13-cü sırada bitirib.