25/05/2021
16:27
2108
| A A A
Real Madrid-də yeni müqavilə

Real Madrid futbolçusu Luka Modriçlə yeni müqavilə imzalayıb.

Goal.az xəbər verir ki, xorvat yarımmüdafiəçi ilə bu yay başa çatacaq müqavilənin müddəti 2022-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, Modriç 2020/2021 mövsümündə bütün turnirlədə 49 matça çıxıb, 6 qol vurub, eyni sayda qolun ötürməsini verib.