25/05/2021
20:22
1366
| A A A
Real Betis-də yeni müqavilə

Real Betis klubu kapitan Xoakin Sançesin müqaviləsini yeniləyib.

Goal.az xəbər verir ki, 40 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2022-ci ilin yayına qədərdir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü 2015-ci ildən “Betis”də çıxış edir. O, bu mövsüm La Liqada 27 oyunda 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.