26/05/2021
16:35
779
| A A A
La Liqa klubunda məşqçi istefası

Getafe-nin baş məşqçisi Pepe Bordalas istefa verib.

Goal.az xəbər verir ki, bu barədə 57 yaşlı mütəxəssis özü məlumat yayıb. Mətbuat konfransı təşkil edən Bordalas istefa verdiyini açıqlayıb. Klub prezidenti Anxel Torres isə çalışdırıcıya təşəkkür edib.

Bordalasın Valencia-nı çalışdıracağı gözlənilir.

Qeyd edək ki, Bordalas 2016-cı ildən Getafe-də işləyirdi.