27/05/2021
14:17
2509
| A A A
Zidan Real Madrid-dən ayrıldı — RƏSMİ

Real Madrid baş məşqçisi Zinəddin Zidanla yollarını ayırıb.

Goal.az xəbər verir ki, bu barədə "kral klubu"nun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, fransalı mütəxəssis başa çatan müqaviləsini yeniləmək istəmədiyi üçün bu cür qərar qəbul olunub.

Qeyd edək ki, Zinəddin Zidan Real Madrid-ə 2019-cu ildən başçılıq edirdi. O, daha əvvəl - 2016 - 2018-ci illərdə də Madrid komandasının sükanı arxasında olub